İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Maynts” klubunun müdafiəçisi Aaron Martini transfer edib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Martin 2018-ci ildən “Maynts”ın uğurları üçün çalışırdı. 23 yaşlı ispan futbolçu daha öncə yetirməsi olduğu “Espanyol”un uğurları üçün çalışıb.