Joze Mourinyo komandasını "Real"ın futbolçusu ilə gücləndirməkdə israrlıdır.
Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, portəgiz mütəxəssis Serxio Ramosu sərəncamında görmək istəyir. Vaxtilə "Real"da rəhbərliyi altında oynamış 34 yaşlı müdafiəçini yaxından tanıdığından, milli üzvünə ehtiyac duyur. Ramosun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2021-in yayında başa çatacaq. Lakin tərəflər yeni sözləşməyə imza atmayıblar.
Qeyd edək ki, Ramos cari mövsümdə bütün turnirlərdə 15 oyunda forma geyinərək 3 qola imza atıb, 1 məhsuldar ötürmə verib.