Zinədin Zidanın baş məşqçilik etdiyi dönəmdə komandadan uzaq qalan İsko tərk etmək istəyir.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumamaeyilli yarımmüdafiəçi "Kral klubu"ndan ayrılıb "Sevilya"ya keçmək istəyir. Lakin "Real"ın baş məşqçisi Zinədin Zidan buna qarşıdır. 48 yaşlı mütəxəssis qış transfer dönəmində büdcə çətinliklərini nəzərə alaraq belə bir addım atıb. 

Madrid klubu mövsümün sonunda 15-20 milyon avro civarında məbləğlə İskonun transferinə icazə verəcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm "Real Madrid"lə cəmi 3 dəfə əsas heyətdə oyuna çıxıb.