"Atletiko" futbolçusu Dieqo Kosta ilə yolları ayırıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, ispan hücumçunun istəyi ilə Madrid təmsilçisi onunla müqaviləyə vaxtından əvvəl xitam verib. Razılığa əsasən, Kosta "Atletiko"nun La Liqa və ya Çempionlar Liqasındakı rəqibləri ilə razılığa gəlsə, kluba 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kosta 2017/2018 mövsümünün əvvəlində "Çelsi"dən "Atletiko"ya qayıtmışdı. Lakin 2009-14-cü illər aralığında olduğu kimi parlaq görünmürdü. İspaniya millisində 26 oyun keçirmiş futbolçu cari La Liqa mövsümündə 7 matçda 2 qol vurmuşdu.  32 yaşlı oyunçunun Madrid təmsilçisi ilə müqaviləsi 2021-ci ilin iyunu başa çatırdı.

Yeri gəlmişkən, "Atletiko" 2017-18 mövsümündə Dieqonu qaytarmaq üçün "Çelsi"yə 56 milyon avro ödəmişdi.