"Atletiko Madrid"in hücumçusu Dieqo Kosta qış transfer dönəmində komandadan ayrılmağı planlaşdırır.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə əsasən dörd klub maraqlanır. Bu klublar İtaliyadan "Napoli", İngiltərədən "Tottenhem", "Everton" və Türkiyədən "Fənərbağça"dır. 

Mövsümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatan Dieqo Kostanın İngiltərə Premyer Liqasına dönmək istədiyi bildirilir. 

Qeyd edək ki, Kosta 2017-ci ildə 60 milyon avroya "Atletiko Madrid"ə transfer olmuşdu.