Belçikalı ulduzun zədəsi artıq sağalıb.
Offsideplus.az xəbər verir ki, adı siyahıda olan Eden Hazard "Qranada"yla baş tutacaq oyuna çıxacaq. Baş məşqçi Zinədin Zidan 29 yaşlı forvardı sabah oynatmağı planlaşdırır.
Qeyd edək ki, "Real" - "Qranada" matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Xatırladaq ki, Eden Hazard son 16 ayda 8 dəfə zədələnərək yaşıl meydanlardan uzaq qalıb.