İspaniyanın “Vilyarreal” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Visente İborra La Liqanın 13-cü turu çərçivəsində “Betis”lə səfər oyununda zədələnib. Klub diz bağları qopan 32 yaşlı futbolçunun yaxın günlərdə əməliyyat olunacağını yazıb.
İborranın uzun müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Qeyd edək ki, “Vilyarreal”da Pervis Estupinan və Frensis Koklen də zədə səbəbindən komandaya kömək edə bilmir.