"Barselona"nın futbolçusu Usman Dembele sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Katalon klubu öz rəsmi saytından məlumat yayıb. Bud əzələsindən xəsarət alan 23 yaşlı hücumçunun 2-3 həftəlik sıradan çıxdığı bildirilir. 

Qeyd edək ki, Dembele bu mövsüm 12 oyuna çıxıb, 4 qol vurub.