"Barselona" klubu digər La Liqa təmsilçisi "Sevilya"nın müdafiəçisi Kleman Lanqleni öz sıralarına qatmaq istəyir.

Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi son zamanlar əla təsir bağışlayan mərkəz müdafiəçisi üçün qarşı tərəfə 30 milyon avro təklif edir. Lakin "Sevilya" 22 yaşlı fransız oyunçusunu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, sözügedən futbolçu ötən ildən "Sevilya"nın şərəfini qoruyur və çıxdığı 49 oyunda 3 qolun altında imzası var.