İspaniya La Liqasının 10-cu turunda “Barselona” ilə keçirilən oyun “Atletiko”nun minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Offsideplus.az xəbər verir ki, bu, madridlilərin baş məşqçisi Dieqo Simeonenin “Barselona” üzərində ilk qələbəsi kimi tarixə düşüb. Madrid klubu daha əvvəl argetinalının rəhbərliyi altında Kataloniya təmsilçisinə qarşı keçirdiyi 17 oyunun 11-də məğlub olub, 6-da heç-heçə edib.

Qeyd edək ki, 10 turdan sonra “Atletiko” 20 xalla turnir cədvəlinin ikinci, “Barselona” isə (11 xal) onuncu pilləsində qərarlaşır.