"Real”ın daha bir futbolçusu koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu dəfə hücumçu Luka Yoviçin testinin nəticəsi pozitiv çıxıb.
Millətlər Liqasında Serbiya yığmasının heyətində Rusiya ilə keçirilən matçdan sonra testdən keçən 23 yaşlı forvard karantinə alınıb. Yoviç Rusiyaya 5:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada 2 qol, 1 assistlə yadda qalıb.
Qeyd edək ki, “Real”da daha əvvəl Eden Azar və Kasemiro koronavirusa yoluxub.