İspaniyalı müdafiəçi Serxio Ramosun yayda PSJ-yə keçməsi gözləniləndir.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Kral klubu" ispaniyalı komandanı tərk edərsə, onun yerinə gətirəcəyi futbolçunu seçib. Belə ki, "Bavariya"nın müdafiəçisi David Alaba La Liqa nəhənginin hədəfindədir. 

Alabanın "Bavariya" ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.