"Barselona"nın gənc ulduzu Ansu Fatinin zədələnməsi komanda yoldaşının komandada qalmaq şansını artırıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Ronald Kumanın planlarına daxil olmayan Usman Dembele hələ bir müddət "Barsa"da qalacaq. Buna səbəb oyunçunun dizindən zədələnən Fatinin yerinə keçəcək olmasıdır.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildə 105 milyon avroya "Borussiya"dan Kataloniya klubuna keçib.