İtaliyalı əfsanə Kristian Vyeri Messini ötən gecəki çıxışından sonra futbol dünyasının sehrbazına bənzədib.
Offsideplus.az xəbər verir ki, argentinalı ulduz Lionel Messi "Yuventus" - "Barselona" matçında Usman Dembeleyə məhsuldar ötürmə və penaltidən qol sayəsində yaddaşlarda qalıb. Bu performansından sonra Kristian Vyeri Messini futbolun "Harri Potter"i deyə adlandırıb.
"Möhtəşəm "Barselona", belə oyun hələ görülməyib. Onlar 6-7 qolu asanlıqla vura bilərdilər. Messi isə əsl sehrbazdır, o futbolun "Harri Potter"idir".
Qeyd edək ki, sabiq futbolçu Vyeri 1996-97-ci illərdə "Yuventus"un formasını geyinib.