"Atletiko Madrid" Dieqo Kostanın  Luis Suarez üçün uyğun partner olmadığını düşünür.

Offsideplus.az Sportbible-ə istinadən xəbər verir ki, Madrid klubu yeni hücumçu axtarışındadır. "Atletiko"nun hədəfindəki adlardan biri PSJ-nin sabiq hücumçusu Edinson Kavanidir. Belə ki, Simeonenin tərəfi Kavanini əvvəllər də heyətinə qatmaq istəmiş, lakin razılıq əldə etmək mümkün olmamışdı.

Qeyd edək ki, "Atletiko" Suarezi heyətinə qatmamışdan öncə, bu yay oyunçusu Alvaro Morata barədə "Yuventus"la razılığa gəlmişdi.