"Barselona"nın gənc futbolçusu Aleks Kollado Kamp Nou-nu tərk etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Portu" və "Sampdoriya" klubları 20 yaşlı oyunçu ilə maraqlanır. Kataloniya təmsilçisinin Kolladonu icarəyə vermək istədiyi bildirilir.
Qeyd edək ki, Kollado ötən mövsüm "Barselona"nın əsas komandasında çıxış etmək ərəfəsində idi. Lakin oyunçunun zədəsi buna mane olub.