"Atletiko"nun yarımmüdafiəçisi Yannik Karrasko karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın iki nəhəngi - "Çelsi" və "Mançester Yunayted" belçikalı futbolçunun xidmətində maraqlıdır. Ancaq Karraskonun transferi bu klublara elə də asan başa gəlməyəcək. Çünki "Atletiko" 24 yaşlı yarımmüdafiəçiyə 100 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Karrasko Madrid klubuna 2015-ci ildə "Monako"dan keçib.