"Barselona" klubu Lautaro Martinezin transferi uğrunda mübarizəyə davam edir.
Offsideplus.az xəbər verir ki, çətin günləri arxada buraxmağa çalışan "Barselona" klubu Lautaro Martinez üçü "İnter" ilə yenidən görüşəcək. Kataloniya təmsilçisi oyunçunun transferi üçün 65 milyon avro təklif edib.
Martinezin klubun ehtiyacı olduğu hücumçu simasına tam uyğun olduğu bildirilir. Belə ki, 23 yaşlı oyunçu baş məşqçi Ronald Kumanın düşündüyü oyun planına tam uyğundur. Suarezin "Barselona"nı tərk etməsindən sonra Martinezin hücumda Messi ilə çiyin-çiyinə mübarizə aparması gözlənilir.