"Barselona"dan ayrılmağa qərar verən Lionel Messi komandada qala bilər. 

Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun agenti olan atası Xorxe Messi "Deportes Cuatro" nəşrinə açıqlamasında oğlunun daha bir mövsüm Kataloniya təmsilçisində qalmağı nəzərdən keçirdiyini təsdiqləyib.

Ata Messi ötən gün "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşün çox yaxşı keçdiyini bildirib. Yeri gəlmişkən, görüşdə hər hansı bir razılıq əldə olunmayıb. Kataloniya rəhbərliyi ulduz oyunçusunu azad agent kimi gedişinə razı deyil. Messi isə klubun 2 illik müqavilə təklifini qəbul etməyib.

Qeyd edək ki, İngiltərə mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb.