Braziliyalı futbolçu Filipp Koutinyo "Barselona"da qalacaq.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Ronald Kuman yarımmüdafiəçini heyətdə görmək istəyir.

Qeyd edək ki, Koutinyo mövsümü icarə əsasında "Bavariya"da keçirib.