İspaniya ikinci liqasından La Liqaya yüksələn üçüncü və son komanda müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, pley-off finalında "Girona" ilə qarşılaşan "Elçe" 90+6-cı dəqiqədə Pere Millanın qolu ilə adını La Liqaya yazdırıb.
2015-ci ildə maliyyə problemlərinə görə aşağı liqaya yuvarlanan klub 2017/2018 mövsümündə üçüncü liqada çıxış edib.
Qeyd edək ki, digər 2 vəsiqəni "Hueska" və "Kadiz" əldə edib.