"Barselona"nın sabiq baş məşqçisi Kiki Setyenin Çempionlar Liqasında "Bavariya"ya 2:8 hesablı biabırçı məğlubiyyətdən sonra istefaya göndərilməsinin ardınca Kataloniya klubunda bu posta Maurisio Poçettinonun gətiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

 Offsideplus.az İspaniyanın nüfuzlu "AS" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın əsas oyunçuları bu məsələyə reaksiya veriblər.

Belə ki, "kataloniyalılar" argentinalı mütəxəssisin komandanın "sükanını" ələ keçirməsinə kəskin şəkildə etiraz ediblər.

Qeyd edək ki, 48 yaşlı mütəxəssisin son iş yeri İngiltərə "Tottenhem"i olub.