Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilə "Mançester Siti" maraqlanır. Məlumatı "Football İnseder" yayıb.
"Şəhərlilər" futbolçu üçün "Real Sosyedad"a külli miqdarda transfer haqqı ödəməyi planlaşdırır. Bu məbləğ 50 milyon avrodur.
Qeyd edən ki, Subimendi bu mövsüm komandasının heyətində 21 matç keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 1 qol vurub, 2 məhsuldar ötürmə edib.