Hakim Ziyeşin əvvəlki günlərdə "Qalatasaray"la bağlı açıqlamaları klubu şok edib.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, mərakeşli futbolçu və Türkiyə klubu arasında iplər qopub. Komandada şans tapa bilməyən ulduz narazılığını dəfələrlə dilə gətirib və qışda gedişi gündəmdədir. Futbolçunun agenti müqavilənin ləğvinə çalışacaq. Bundan əlavə Ziyeş klubdan illik 5.5 milyon avroluq məvacibinin də ödəməsini tələb edir. 

Qeyd edək ki, Ziyeş və "Cim-Bom" arasında 1+1 illik müqavilə imzalanmışdı.