"Neftçi"nin maraqlandığı daha bir futbolçunun adı bəlli olub.

Offsideplus.az xəbər verir ki, söhbət rumıniyalı Ştefan Vledoyudan gedir.

26 yaşlı müdafiəçi hazırda ölkəsinin "Universitatya" klubunda çıxış edir.

Ştefanın Krayova təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununda bitəcək.

"Neftçi" qış fasiləsində oyunçuya az miqdarda pul ödəyərək transfer etməyə çalışacaq. Bu, baş verməzsə, flaqman yayda oyunçunun özü ilə danışıq apararaq məsələni həll etməyə çalışacaq.

Qeyd edən ki, Ştefan bu mövsüm 19 matçda meydana çıxıb. O, bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə edib.