“Barselona” klubunun zədəli futbolçusu Osman Dembele sağalıb.

Offsideplus.az xəbər verir ki, cari ilin fevralında zədələnərək, əməliyyat olunan futbolçu, 192 gün sonra meydana qayıdıb.

Onun tam hazır olduğu və bu gecə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək “Bavariya” ilə oyunda iştirak edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, “Barselona” - “Bavariya” matçı bu gün saat 23:00-da start götürəcək.