"Yuventus" yüksək məbləğdə ödənişdən qurtulmaq üçün Kriştiano Ronaldonu satmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "France Football" nəşri qısa müddət əvvəl futbolçunun PSJ-yə keçməyə hazırlaşdığını, transferin koronavirus pandemiyasına görə gecikdiyini bildirmişdi.
Görünən odur ki, ayrılığı istəyən yeganə tərəf portuqaliyalı ulduz deyil.
Turin təmsilçisi də yüksək ödəniş məbləğindən xilas üçün onu bir neçə kluba təklif edib. Həmin klublar arasında "Barselona" da yer aldığı iddia olunur.
Bu iddia ilə ispan futbol mütəxəssisi Guliem Balaq çıxış edib. O ulduz futbolçunun agenti Xorxe Mendesin "Juventusa" Ronaldonu "Barselona" klubuna satmağı təklif etdiyini bildirib.
Ancaq Ronaldonu əldən çıxartmaq asan olmayacaq. Ulduz futbolçu top klubda oynamaq istəyir, hazırki durumda isə illik 30 milyon avro ödənişi hər klub ödəmək iqtidarında deyil.