Unay Emeri İspaniyanın "Vilyarreal" klubunun baş məşqçisi təyin olunub.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Emeri komandadan ayrılan Xavyer Kalyexini əvəzləyib.

Komanda geridə qalan mövsüm La Liqada 5-ci yeri tutaraq Avropa Liqasının qrupuna vəsiqə qazanıb.