İspaniya La Liqasında 2019-2020 mövsümünə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, çempionluğu sona 1 tur qalmış rəsmiləşdirən "Real" mövsümü 87 xalla tamamlayıb. "Barselona" 82 xalla 2-ci, "Atletiko""Sevilya" hərəyə 70 xalla uyğun olaraq 3-4-cü pillərdə qərarlaşıb. Bu 4 komanda Çempionlar Liqasında iştirak edəcəklər. 

Mövsümə 5-ci və 6-cı pillədə yekun vuran "Vilyareal"la "Real Sosyedad" isə Avroliqada çıxış edəcəklər.

"Leqanes", "Malyorka""Espanyol" isə sonuncu pillələri tutaraq La Liqanı tərk ediblər.

Qeyd edək ki, "Kadiz""Hueska" isə yeni mövsümdə La Liqada mübarizə aparacaqlar.