İspaniya millisinin və "Real"ın sabiq futbolçusu İker Kasilyas "kral klubu"na qayıdır.

Offsideplus.az xəbər verir ki, Portuqaliyanın "Portu" klubu ilə müqaviləsi başa çatan 39 yaşlı qapıçı Madrid klubunun prezidenti Florentino Peresin müşaviri vəzifəsində çalışacaq.

Qeyd edək ki, 1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş İker Kasilyas daha əvvəl İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürsə də, sonradan fikrini dəyişib.