İspaniya La Liqasında dünən keçirilən 35-ci turunun “Alaves”ə qarşı matçında (2:0) “Real”ın qapıçısı Tibo Kurtua qapısını yenə toxunulmaz saxlayıb.

Offsideplus.az xəbər verir ki, bununla da o, ardıcıl 5 oyun, ümumilikdə isə bu mövsüm o, La Liqada 18 görüşdə qol buraxmır.

Qeyd edək ki, “Real”da bir mövsüm ərzində rekord isə Fransisko Buyoya (1986/87 mövsümündə 19 oyun) məxsusdur.