Madrid "Real"ının gənc hücumçusu Luka Yoviç karantinə alınıb.
Offsideplus.az "El Chiringuito de Jugones"ə istinadən xəbər verir ki, 22 yaşlı serbiyalı futbolçu bu günlərdə koronavirus xəstəsi olan dostu ilə təmasda olub.
İki gündür ki, "Real"ın məşqlərində iştirak etməyən forvardın buna görə, karantinə alındığı məlum olub.
Futbolçu COVİD-19 testindən keçirilib və ilk nəticə neqativ olub.