İspaniyanın “Valensiya” klubu baş məşqçisi Albert Seladeslə yolları ayırıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, istefaya göndərilən məşqçini 2017-ci ildən məşqçilər korpusunda yer alan Voro Qonsales çalışdıracaq. Bu 56 yaşlı mütəxəssis daha əvvəl “Valensiya”da dörd dəfə müvəqqəti əvəzləyici olub, 2016/17 mövsümündə isə baş məşqçi kimi çalışıb. 

Qeyd edək ki, Albert Selades ötən ilin sentyabrından komandanı çalışdırırdı.