"Real"ın hücumçusu Luka Yoviç Serbiyanı tərk edib.
Offsideplus.az xəbər verir ki, bir müddət əvvəl koronavirus pandemiyası ilə əlaqədar yaranmış karantin qaydalarını pozaraq Belqrada yollanan 22 yaşlı forvard yenidən Madridə qayıdıb.
Yoviç İspaniyanın paytaxtına şəxsi təyyarə ilə dönüb. O, Madriddə 2 həftə təcrid vəziyyətdə qalmalı olacaq. Yalnız "kral klubu" məşqləri bərpa etdikdən sonra kollektivə qoşula biləcək.
Qeyd edək ki, Luka Yoviç Belqrada, sevgilsinin ad gününə görə icazəsiz getdiyi üçün ölkəsində cinayət işi açılmış, hətta ölkə prezident tərəfindən tənqid edilmişdi.