İspaniya kubokunda 2019/2020-ci il mövsümünün finalı Sevilyada keçirilməyə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə qərarı federasiya rəsmiləri qəbul edib.
"Mundo Departivo" nəşrinin məlumatına görə, matç avqustun 5-də "Real Sosedad" və "Atletik" klublarına yaxın şəhərlərdən birində baş tutacaq.
Qeyd edək ki, "Kral Kuboku" aprelin 18-də Sevilyada baş tutmalı idi.