"Real" yay transfer pəncərəsində "Borussiya"nın hücumçusu Erlinq Holandı almaqdan imtina edib.
Offsideplus.az “Daily Mail”ə istinadən xəbər verir ki, buna transferin baş tutacağı təqdirdə agent Mino Rayolaya, həmçinin futbolçunun atasına yüksək ödənişin tələb edilməsi səbəb olub. "Kral klubu" Holandın idman imkanlarını yüksək qiymətləndirsə də, yayda Holandı almaqdan imtina etməyə məcbur olub.
Norveçlinin hazırkı qiyməti 75 milyon avrodur. Koronavirus pandemiyası ilə bağlı Avropa futbolundakı fasilə bitdikdən sonra bu məbləğ azalacaq.
Qeyd edək ki, alman klubuna bu ilin yanvarında “Zalsburq”dan 20 milyon avroya keçən Holand 8 matçda 9 qol vurub, 1 məhsuldar ötürmə edib.