"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, “Çelsi” braziliyalını heyətinə qatmaq niyyətindədir.
"Sky Sports"un yaydığı məlumata görə, baş məşqçi Kike Setyenin planlarına daxil olmayan oyunçunun agenti London klubunun nümayəndələri ilə danışıqlara başlayıb. “Çelsi” yarımmüdafiəçinin qiymətində “Barselona” ilə razılaşa bilməsə, oyunuçunu icarəyə götürə bilər.
Qeyd edək ki, Koutinyo hazırda icarə əsasında “Bavariya”da çıxış edir. Onun Münhen təmsilçisi ilə müqaviləsi iyunun sonunda başa çatır.