“Borussiya” “Real”ın müdafiəçisi Əşrəf Hakimini komandada saxlamaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, məşqçilər heyəti oyunçunun çıxışından razıdır. Dortmund təmsilçisi Hakiminin müqaviləsinin uzadılması və ya yenidən icarəyə götürülməsi barədə Madrid klubu ilə danışıqlara başlayıb. “Kral klubu” 21 oyunçunun Erlinq Holand transferində də rol oynaya biləcəyini düşünür. “Real” norveçli hücumçunu heyətinə cəlbb etmək istəyir. Lakin forvard üçün tələb olunan məbləğ çox yüksəkdir. Buna görə də rəhbərlik Hakimi və üstündə bir miqdar pul ödəyərək, Holandı transfer etməyi düşünür.
Qeyd edək ki, 21 yaşlı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi 2021-ci ildə başa çatır.