Dünya futbolunun yeni növ koronavirus (Covid-19) pandemiyası səbəbindən ciddi maliyyə krizi ilə üzləşdiyi vaxtda “Barselona” transfer çalışmalarını davam etdirir.
Offsideplus.az “Goal.com”a istinadla xəbər verir ki, katalonlar “İnter”in argentinalı ulduzu Lautaro Martinesə 10 milyon avroluq təklif etməyə hazırlaşır.
Martinesin Milan təmsilçisi ilə 15 iyun 2020-ci ildə bitəcək müqaviləsində sərbəstqalma məbləği 111 milyon avrodur.
Digər tərəfdən, argentinalı İngiltərənin “Çelsi” klubunun da maraq dairəsindədir. Ancaq “zadəganlar”ın əsas hədəfi “Borusiya Dortmund”da forma geyinən Ceydon Sançodur.