"Mançester Siti"nin ispaniyalı futbolçusu David Silva karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az "Daily Star"a istinadən xəbər verir ki,  "Betis" klubu yarımmüdafiəçiyə müqavilə təklif edib. 34 yaşlı futbolçusu yayda azad agent statusu alacaq. 

Qeyd edək ki, 2010-cu ildə "Valensiya"dan "şəhərlilər"ə keçən David Silva bu məvsüm Premyer Liqada 19 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə edib.