2010-cu ilin 29 noyabrında keçirilən "el-klasiko”nun detalları hələ də İspaniyada müzakirə mövzusudur.

Offsideplus.az xəbər verir ki, "Barselona”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda insident yaşanmışdı.

Katalonların baş məşqçisi Qvardiola ilə "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo arasında olan toqquşma zamanı əvvəlcə hadisə yerinə İnyesta özünü yetirmişdi. Daha sonra isə Dani Alveş Ronaldo ilə mübahisə etmişdi. Bu vaxt ora Pedro da yaxınlaşmışdı. 

Onu görən Ronaldo "Sən kimsən?” deyib. Pedro isə portuqal futbolçunu aşağılayacaq tərzdə cavab verib: "Mən dünya çempionuyam, bəs sən kimsən?”

Qeyd edək ki, Pedro 2010-cu ildə İspaniya yığmasının heyətində dünya çempionluğunu qazanıb. O, 2015-ci ildə "Çelsi”yə keçib və hələ də orda çıxış edir. Ronaldo isə hazırda A Seriya klubu "Yuventus"un formasını geyinir.