"Mançester Yunayted" klubu Madrid "Atletiko"sunun futbolçusu Tomas Lemarı transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu günlərdə "qırmızı şeytanlar"ın nümayəndələri 24 yaşlı yarımmüdafiəçinin agenti ilə görüşüb. Belə ki, Mançester təmsilçisi yayda bu transferi reallaşdırmaq istəyir.
Qeyd edək ki, sözügedən futbolçu 2018-ci ildən "Atletiko"da çıxış edir.