İspaniya La Liqasının XXVI turunda "Barselona" səfərdə "Real"a 0:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, bu, Ronaldonun "Real"dan ayrılmasından sonra baş tutan 6-cı El-Klassiko idi. Matçların 5-də iştirak edən Lionel Messi heç birində qol vura bilməyib.

Qeyd edək ki, Kriştiano Ronaldo "Real"dan 2018-ci ilin yayında ayrılıb.