"Real” PSJ-nin futbolçusu Kilian Mbappenin transferindən imtina edə bilər.

Offsideplus.az İspaniya mətbuatına istinadla xəbər verir ki, "kral klubu” Dortmund "Borussiya”sının hücumçusu Erlinq Holanda maraq göstərir. "Real” rəhbərliyi Mbappedən imtina edərək, bütün gücü Hollandın transferinə yönəltmək niyyətindədirlər.
19 yaşlı Holand Norveç futbolunun yetirməsidir. O, "Borussiya”ya bu ilin yanvarında Avstriya "Salzburq”undan keçib. Dortmund klubu ona görə 20 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə bağlanıb.
Qeyd edək ki, Holand "Borussiya”da bütün turnirlərdə 8 oyun keçirib, 11 qol vurub.