"Real” İspaniya kubokunun 1/16 finalında "Unionistas Salaman ka”ya qalib gəlib – 3:1. 

Offsideplus.az xəbər verir ki, "Real”ın futbolçusu Qaret Beyl bu qarşılaşmada 1 qol vurub. O, bu qol sayəsində braziliyalı Ronaldonu bombardirlər siyahısında geridə qoyub. 
Bu, uelsli futbolçunun "Real”ın heyətində keçirdiyi 246-cı oyunda vurduğu 105-ci qol olub. Ronaldo isə 177 oyunda 104 dəfə fərqlənib.  
Beyl "Real”da 2013-cü ildən çıxış edir. O, cari mövsümdə 2 oyunda meydana çıxıb, 2 qol vurub, 2 qol ötürməsi edib.