"Barselona”nın uruqvaylı hücumçusu Luis Suares zədələnmiş dizindən əməliyyat edilib.

Offsideplus.az “Mundo Deportivo”ya istinadla xəbər verir ki, futbolçu təxminən dörd ay oynamayacaq. 

32 yaşlı hücumçu cari mövsümdə İspaniya çempionatının 17 matçında (15 matçda əsas heyətdə) iştirak edib, 11 qol (1 qol penaltidən) vurub, 7 məhsuldar ötürmə verib. Suaresin Katalon klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir. Mediada "Barselona"nın futbolçuya əvəzləyici axtardığı barədə məlumatlar yazılır.

Qeyd edək ki, "Barselona" 40 xalla yarış cədvəlinə liderlik edir.