Bu gün La Liqada 10-cu turdan təxirə salınmış “Barselona” – “Real” oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki,  "El Klassiko"ya marağı artıran bir məqam da komandaların eyni xala malik olması idi.

“Nou Kamp”da keçirilən görüşdə qapılara qol vurulmayıb.

Bununla da "Barselona" 36 xalla liderliyini davam etdirib. İkinci pillədə qərarlaşan "Real" da eyni xala malikdir. "Sevilya" 31 xalla 3-cüdür.