Hazırda “Portu”da çıxış edən İker Kasilyas karyerasını yenidən İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Kasilyasla “Betis” maraqlanır. Klub rəhbərliyi məvacibinin çox olmasına baxmayaraq, Kasilyasla müqavilə bağlamaq niyyətindədi. Razılaşma əldə olunsa, qolkiper “Betis”ə azad agent kimi qoşulacaq.
Bir müddət əvvəl “Portu” rəhbərliyi bildirmişdi ki, Kasilyasla müqaviləni uzatmaq fikirləri yoxdu. Portuqallar məhz onun məvacibinin çox olmasını əsas gətirərək, qapıçının xidmətində maraqlı olmadıqlarını bildiriblər.
Kasilyas 2015-ci ildə “Portu”ya keçənə qədər “Real”ın şərəfini qoruyub.
O, cari mövsümdə Portuqaliya çempionatında 12 oyun keçirib.