İspaniya La Liqasının X turunda keçirilməli olan "Barselona" - "Real" oyunu ilə bağlı dəyişiklik edilə bilər.
Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb Kataloniyada baş verən etirazlardı.
Məsələ burasındadı ki, siyasi məsələlər üzündən Kataloniyada etiraz aksiyaları keçirilir, yollar bağlatdırılır. Bu səbəbdən İspaniya Futbol Federasiyası "El Klasiko"nu Madridə salmaq variantını nəzərdən keçirir. Belə olarsa, ilk oyun "Santyaqo Bernabeu"da, II dövrənin matçı isə "Nou Kamp"da keçiriləcək.
Qeyd edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 26-da keçiriləcək.