2019/20 mövsümünün ilk “El-Klassiko”sunun vaxtı məlum olub. 

Offsideplus.az xəbər verir ki, La Liqanın 10-cu turu çərçivəsindəki qarşılaşma oktyabrın 26-sı “Kamp-Nou”da keçiriləcək. Oyun yerli vaxtla saat 13.00, Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

Qeyd edək ki, matçın belə erkən başlaması əsasən Asiya ölkələrinə teleyayım məsələsi ilə əlaqədardır.